Xəbər lenti

Ronaldo:
İdman 13:40 21.01.2024

Ronaldo: "The Best" etibarını itirib, mən ona inanmıram"

Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Beynəlxalq Futbol Federasiyasının (FIFA) verdiyi "The Best" və "France Football” nəşrinin "Qızıl top” mükafatlarının öz nüfuzunu nüfuzunu itirdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Record" nəşri yazıb.

"The Best" və "Qızıl Top" mükafatları nüfuzunu və etibarını itirir. Bu o demək deyil ki, Messi bu mükafatlara layiq deyildi. Amma mən artıq bu mükafatlara inanmıram. Sadəcə olaraq yalan olmayan faktlar və rəqəmlər var. Məndən məsələn, 2023-cü ildə dünyanın bombardiri mükafatını ala bilməzlər. Çünki obyektiv rəqəmlər var", deyə portuqaliyalı bildirib.

Qeyd edək ki, "The Best"un son qalibi "İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messid olub. FIFA-nın növbəti dəfə mükafatı Messiyə verməsi bütün dünyada tənqid edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->