Dünya 11:27 23.09.2022

“Rosturizm”dən çağırış vərəqəsi almayanların ölkədən çıxmasına münasibət

"Rosturizm”in rəhbəri Zarina Doquzova bildirib ki, hərbi komissarlıqdan çağırış vərəqəsi almayan ruslar Rusiya ətrafında turist səfərləri və xaricə səyahət edə bilərlər.

Qaynarinfo xəbər verir ki, "İnterfaks”ın məlumatına görə, Doquzova "Hazırda mövcud olan məlumata əsasən, əgər siz çağırış vərəqəsi almamısınızsa, o zaman səfərlərə çıxa bilərsiniz”, - deyib.

"Federal səviyyədə hər hansı məhdudlaşdırıcı qaydalar haqqında məlumatımız yoxdur", - o deyib və əlavə edib ki, təfərrüatları dəqiqləşdirmək üçün qeydiyyatla bağlı hərbi komissarlığa müraciət edə bilərsiniz.

Xatırladaq ki, daha əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov demişdi ki, qismən səfərbərlik Rusiya Federasiyasının subyektləri arasında gediş-gəlişin məhdudlaşdırılmasını nəzərdə tutmur.
 
Alpər