Xəbər lenti

Dünya 14:31 12.02.2024

Rumıniyanın baş naziri Rusiyanın onun ölkəsinə hücum etməyəcəyinə əmindir

Rumıniyanın Baş naziri Marçel Çolaku bildirib ki, Rusiya Federasiyası bu ölkəyə qarşı məqsədyönlü hücumlar həyata keçirməyib və bundan sonra da etməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Euractiv” nəşri Rumıniya hökumətinin başçısının bəyanatına istinadən məlumat yayıb.

"Rusiya Federasiyası Rumıniyaya qarşı qəsdən hər hansı təcavüzə başlamayıb və mən əminliklə bildirirəm ki, bunu əsas olmadığı üçün bunu etməyəcək", deyə Colaku deyib.

O, açıqlamalarını fevralın 10-na keçən gecə Ukrayna ilə sərhəddə yerləşən Tulça bölgəsinin sakinlərinə uçan obyektlərin görünməsi ehtimalı ilə bağlı RO-ALERT sistemi vasitəsilə üç xəbərdarlıq edilməsindən sonra verib.

Colaku vətəndaşları məlumatlandırmaq üçün xəbərdarlıqların yayılmasının vacibliyini qeyd edib.

"Bu, səbəb ola biləcək istənilən narahatlığa baxmayaraq, dövlətin əhaliyə məlumat verməsini təmin edərək onlara göstərməli olduğu bir hörmət formasıdır", deyə baş nazir bildirib. 

Xatırladaq ki, fevralın 10-na keçən gecə Rusiya pilotsuz uçuş aparatlarının Odessa vilayətinə hücumu zamanı Rumıniya sərhədyanı yaşayış məntəqələrinin əhalisinə xəbərdarlıq edib və F-16 qırıcılarını səmaya qaldırıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->