Siyasət 17:16 30.06.2022

Rusiya indi də Norveçi hədələyir

Rusiya Norveçi Svalbard Arktika arxipelaqında rusların məskunlaşdığı yaşayış məntəqələri üçün nəzərdə tutulan malların keçidinə qadağalar tətbiq etməkdə ittiham edib və Oslo məsələni həll etməsə, qeyri-müəyyən "cavab tədbirləri” ilə hədələyib.
 
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyi bildirib

Norveçin Şimal sahili ilə Şimal qütbünün ortasında yerləşən Svalbard Norveçin bir hissəsidir, lakin Rusiyanın 1920-ci ildə imzalanmış müqaviləyə əsasən arxipelaqın təbii ehtiyatlarından istifadə etmək hüququ var. Arxipelaqdakı bəzi yaşayış məntəqələrində əsasən ruslar məskunlaşıb.

Avropa Birliyində olmayan, lakin AB-nin Rusiyaya qarşı sanksiyalarını tətbiq edən Norveç, qadağaların gəmi ilə Svalbard-a malların daşınmasına təsir etməyəcəyini bildirib.  Lakin arxipelaqdakı Rusiya yaşayış məntəqələri üçün yüklərin böyük hissəsi ilk növbədə materik Norveçdəki nəzarət-buraxılış məntəqəsindən keçir. Bu məntəqə isə sanksiyaya məruz qalmış Rusiya malları üçün bağlıdır. 

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Şpitsbergenə ərzaq və tibbi ləvazimat daşıyan avtomobillər sərhəddə ilişib qalıb.

Moskva adanı Şpitsbergen adlandırır.

Çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyi Norveçin Moskvadakı müvəqqəti işlər vəkilini çağırdıqdan sonra "Norveç tərəfindən problemi mümkün qədər tez həll etməyi tələb etdik" deyə bildirib. 

"Biz qeyd etdik ki, Rusiyaya qarşı qeyri-dost hərəkətlər müvafiq cavab tədbirlərinə gətirib çıxaracaq”, - nazirlik açıqlayıb.

Nazirlik vurğulayır ki, Norveçin məhdudiyyətləri Rusiya baş konsulluğunun Şpitsberqen arxipelaqının ən böyük adası və oradakı Rusiya kömür mədəni yaşayış məntəqəsindəki işini dayandırıb.

Norveç xarici işlər naziri deyib ki, ölkəsi Svalbard müqaviləsini pozmur. Nazir Norveç-Rusiya sərhədində dayandırılan daşınmanın "Rusiya avtomobil nəqliyyatı şirkətlərinə Norveç ərazisində yük daşıman qadağan edən sanksiyalar əsasında həyata keçirildiyini” deyib. 

Nurlan Hüseynov