Xəbər lenti

Dünya 13:03 30.09.2024

"Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert

"Rusiya iqtisadiyyatının istənilən şərtlərə dözə biləcəyini iddia etmək blefdir, heç bir elmi əsaslara söykənmir". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, Rusiyanın büdcə gəlirləri neft-qazdan gələn gəlirlərlə formalaşıb:

"Neftin qiymətinin həddən artıq ucuz olması birmənalı şəkildə Rusiya büdcəsinə mənfi təsir göstərir. Ona görə də neftin qiymətinin ucuazlaşmasının Rusiya iqtisadiyyatına təsir etməyəcəyini iddia etmək sərsəmlikdir. Bütün bunlar yaxın tarixdə öz sübutunu tapıb. 2008-ci ildə - neftin qiyməti 40 dollara düşəndə Rusiyada ciddi böhran yaşandı.
 

 
Eyni olay 2014-2015-ci illərdə də baş verdi. Neftin qiyməti 45 dollara düşən kimi, Rusiyada rubl dəyərdən düşdü, devalvasiya yaşandı və iqtisadiyyatda dalğalanmalar hökm sürdü. Ona görə də Novakın dedikləri tamamilə blefdir. Rusiya iqtisadiyyatı 80-90 dollar neft qiymətinə hesablanıb. Ona görə də neftin qiyməti 50 dollardan aşağı düşən kimi Rusiya iqtisadiyyatında ciddi dalğalanmalar yaşanacaq".

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak "Əl Ərəbiyyə” telekanalına müsahibəsində ölkəsinin uzun müddət aşağı neft qiymətləri də daxil olmaqla istənilən neft qiymətlərindən sağ çıxa biləcəyini bəyan edib. O iddia edib ki, Rusiya neftin istənilən qiymətinə dözəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->