"Rusiya Könüllülər Korpusu”nun (RDK) əsgərləri Rusiyanın Belqorod vilayətinin Şebekino şəhəri ətrafında döyüşür.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, RDK Telegram kanalının məlumatına görə, döyüşlər Novaya Tavoljanka və Titovka ərazisində gedir.
"Bizim öncül dəstələrimiz artıq Şebekino (Novaya Tavoljanka/Titovka) ətraflarında döyüşür. RDK-ya eşq olsun", - məlumatda deyilir.
RDK Belqorod vilayətində gedən döyüşlərin videosunu da yayıb. Görüntülərdə meşəlik ərazidə atışma gedir.
UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində vəziyyət gərginləşir. Şəhərdə inzibati bina yanır, ruslar zibil qutularında sənədləri yandırıb, tələsik şəhəri tərk etməyə çalışırlar. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranır.
Bu arada "Rusiya Könüllülər Korpusu”nun üsyançıları Şebekinoda onlarla təhlükəsizlik əməkdaşının olduğu Daxili İşlər Nazirliyinin binasını atəşə tutduqlarını bildiriblər.
Alpər
Şərhlər