Xəbər lenti

Rusiya plastik qablarını Azərbaycana satmaq istəyir
Ekonomiks 14:36 30.10.2024

Rusiya plastik qablarını Azərbaycana satmaq istəyir

Planetimizin böyük ekoloji problemlər yaşadığı, dünyanın plastikdən imtina etdiyi bir vaxtda Rusiyanın Novosibirsk vilayətində plastik qablar istehsal edən "Multi-Pack" şirkəti bu məhsulları Azərbaycana ixrac etməyi planlaşdırır. 

Qaynarinfo-nun RG-yə istinadla verdiyi xəbərə görə, Rusiyada plastik qab istehsalının öncüllərdən biri olan şirkət qənnadı məmulatları, süd məhsulları, dondurma kimi qida məhsullarının qablaşdırılmasında ixtisaslaşıb. Şirkət həmçinin konuslar, qablar və möhürlənən şüşələr üçün qapaqlar istehsal edir.

Şirkət bu məhsullarını Azərbaycandan başqa Qazaxıstan və Monqolustanda da satmaq niyyətindədir.

Müəssisənin direktoru Oleq İzmer Asiya bazarlarının onlar üçün faydalı olduğunu gizlətmir: "Bizim üçün kənar perspektiv faydalıdır, proseslərin digər müəssisələrin təcrübəsi baxımından ekspertlər tərəfindən qiymətləndirilməsi önəmlidir."

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->