Xəbər lenti

Dünya 17:45 27.05.2022

Rusiya Ukraynanın şərqində daha bir şəhəri tutdu

Rusiya Ukraynanın şərqindəki mühüm döyüş meydanı olan Liman şəhərinə tam nəzarəti ələ keçirib. 

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya separatçıları xəbər yayıb.

Əsas dəmiryol qovşağının yerləşdiyi Liman şəhəri Rusiya qüvvələrinin Ukraynanın Donbas bölgəsinə hücum etdiyi üç istiqamətdən biri idi. Rusiyayönlü qondarma "Donetsk Xalq Respublikası”nın separatçıları hazırda ona tam nəzarət etdiklərini bildiriblər.

Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Oleksey Arestoviç dünən verdiyi müsahibədə Limanın süqutunu təsdiqləyib. 

"Təsdiqlənməmiş məlumatlara görə, biz Liman şəhərini itirmişik. Rusiya ordusu - bu, yoxlanılmalıdır - onu ələ keçirdi", - Arestoviç sosial şəbəkədə yayımlanan videoda bildirib.

Arestoviç Rusiyanın hücum taktikasının artdığını da deyib. 

"Üstəlik, onların onu necə ələ keçirmələri.... əməliyyatın düzgün təşkili. Bu, prinsipcə, Rusiya ordusunun operativ idarəçilik səviyyəsinin və taktiki bacarıqlarının yüksəldiyini göstərir. O artıb. Təbii ki, hər yerdə belə deyil, amma şübhəsiz ki, artıb”,- Oleksey deyib. 

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->