Xəbər lenti

Rusiya yenə Odessa limanına hücum etdi: mülki gəmilərə ziyan dəydi, ölən var
Dünya 17:16 14.10.2024

Rusiya yenə Odessa limanına hücum etdi: mülki gəmilərə ziyan dəydi, ölən var

Bugün, 14 oktyabrda, Rusiya ordusu yenidən Odessa dəniz ticarət limanına hücum etdi. İki mülki xarici gəmi zədələnib, bir nəfər həlak olub, 8 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, Odessa şəhərində hava xəbərdarlığı zamanı bir neçə güclü partlayış səsi eşidilib. Hərbçilər ballistik hücum təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.

Daha sonra, Ukraynanın bərpa işləri üzrə baş nazir müavini, icmalar və ərazilər üzrə inkişaf naziri Aleksey Kuleba bildirib ki, Rusiya Odessa limanına yenidən hücum edib. "Hücum nəticəsində bir nəfər həlak olub, 8 nəfər yaralanıb. Hamısı mülki şəxslərdir", - deyə məmur vurğulayıb.

Onun sözlərinə görə, Palau bayrağı altında olan OPTIMA adlı yük gəmisi ikinci dəfə zədələnib. Bir həftə əvvəl bu gəmi ballistik hücum nəticəsində də zədələnmişdi. O zaman ekipajın xarici üzvləri yaralanmışdı. Bu gün zədələnən digər gəmi isə Belize bayrağı altında olan "NS Moon”dur.

Bundan əlavə, hücum zamanı dənli bitkilərin anbarı, yükləmə kranları, anbar binaları, texnika, Dəniz Limanları İdarəsinin filialının binaları, avtomobillər də zədələnib. Kuleba qeyd edib ki, Rusiya terrorçuları "hərbi obyektlərə" zərbə vurduqları barədə "məlumat" yayımlayırlar:

"Reallıqda hədəflər dəyişməzdir: mülki gəmilər, taxıl anbarları, terminallar. Bu infrastruktur vasitəsilə biz dünya ərzaq təhlükəsizliyini təmin edirik, lakin Rusiya bir daha beynəlxalq hüququn bütün normalarını pozaraq bu təhlükəsizliyi təhdid altına salır".

Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin məlumatına görə, yaralılar hazırda xəstəxanadadır, ikisi ağır vəziyyətdədir. Həm yaralananlar, həm də həlak olan şəxs liman infrastrukturunda çalışan işçilərdir.

Qeyd edək ki, oktyabrın 9-u axşam Rusiya ordusu Odessa bölgəsinə ballistik zərbə endirmiş, Panama bayrağı altında olan mülki konteyner gəmisi "Shui Spirit” zədələnmişdi.

Ukraynanın bərpa işləri üzrə baş nazir müavini, icmalar və ərazilər üzrə inkişaf naziri Aleksey Kuleba bildirib ki, "Shui Spirit” gəmisi son dörd gün ərzində mülki gəmiyə edilən üçüncü hücumdur. 8 nəfər həlak olub, onlardan 26 yaşlı gənc və 46 yaşlı kişi 10 oktyabrda xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Daha əvvəl işğalçılar Odessa limanında yükləmə üçün daxil olmuş Palau bayrağı altında olan mülki OPTIMA gəmisinə hücum etmişdi. Bu hücum nəticəsində 60 yaşlı bir ukraynalı həlak olmuş, mülki yük emalı ilə məşğul olan bir şirkətdə çalışan şəxs yaralanmışdı. Həmçinin beş xarici vətəndaş da yara alıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->