Xəbər lenti

Rusiyadan gizli yolla Bakıya gətirilən brilyant müsadirə olundu
Ölkə 16:15 22.02.2024

Rusiyadan gizli yolla Bakıya gətirilən brilyant müsadirə olundu

Mərkəzi Univermağda (MUM) Rusiyadan gizli yolla gətirilib satılan brilyant daş dövlət nəfinə müsadirə edilib. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsi qərar verib. 

Qərara əsasən, Rusiya vətəndaşları Aleksandr Bulatov və Nikolay Demidov 1.424 karatlıq orta bazar qiyməti 14.000 manat olan qiymətli daş - brilyantı gömrük nəzarətindən gizlədilməklə Bakıya gətiriblər. 

Onlar həmin brilyant daşları MUM-da çalışan Musa İsmayılova və İlham Camalov (soyad şərti) adlı tanışlarına satıblar. 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı 1979-cu il tarixdə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuş İlham Camalov saxlanılıb. Onun həmin brilyant daşları alması sübuta yetirilib. Aleksandr Bulatov və Nikolay Demidovun isə ölkəni tərk etməsi məlum olub. 

Məhkəmənin hökmü ilə İlham Camalov İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib  və Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin saxlan otağında saxlanılan 1.424 karat ölçüdə, 14000 manat dəyərində brilyant daş dövlət nəfinə müsadirə edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->