Dünya 15:22 01.11.2022

Rusiyadan “qovulan” Paşinyan Tehrana pənah aparıb - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan Soçi görüşündən dərhal sonra İranın paytaxtı Tehrana işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Paşinyan İran Prezidenti  İbrahim Rəisi ilə görüşüb. Görüşdə ikitərəfli və regional  məsələlər müzakirə olunub. 

Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib ki, Paşinyanın İrana səfər fonunda yaxın günlərdə Ermənistan Azərbaycanla sərhəddə müəyyən təxribatlara əl atacaq:

"Paşinyanın Soçi səfəri çox uğursuz oldu. Rusiyada o istədiyini əldə edə bilmədi. Azərbaycan Moskva sənədlərindən birmənalı şəkildə imtina etdi. Bu fonda Paşinyanın İrana səfəri birmənalı şəkildə yeni təxribat layihəsinin olacağı deməkdir. Yaxın günlərdə sərhəddə və ya digər ərazilərdə İrəvan yenidən hansısa bir təxribata əl atacaq. Çünki Paşinyan çıxılmaz vəziyyətdədir. Moskva onu devirmək istəyir. Bu mənada Paşinyanın İrana səfərinin arxasında sözsüz ki, ölkəmizə qarşı növbəti təxribat əməli dayanır. Onlar Azərbaycana təzyiq göstərmək, təxribatla ölkəmizi nəyəsə məcbur etmək üçün təxribatçı addımları razılaşdırmalıdırlar. Səfərdən başqa heç nə gözləmirəm”.
 
Rüfət Sultan