Ölkə 20:30 24.03.2023

Rusların təminat maşınları Laçın yolundan keçdi

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, Laçından Xankəndi istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir evakuasiya, üç təminat-təchizat, bir tibbi yardım və dörd minik avtomobil aksiya ərazisindən maneəsiz keçib.
 
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.