Xəbər lenti

İdman 22:10 24.05.2024

"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi oldu

Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşib.


Qaynarinfo xəbər verir ki, final seriyasının dördüncü matçında "Xəzri" komandasına 74:69 hesabı ilə qalib gələn "Sabah" kollektivi Azərbaycan Basketbol Liqasının çempionu olub.


Rimas Kurtinaytisin yetirmələri rəqibi üzərində ardıcıl üçüncü qələbəsini qazandığından, final seriyasının beşinci oyununa ehtiyac qalmayıb.


Qeyd edək ki, komandalar arasında ilk dueldə "Xəzri" 90:75 hesablı qələbəyə sevinmişdi.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->