Xəbər lenti

Sabah bu ərazilərdə qaz olmayacaq
Ekonomiks 21:23 23.07.2024

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan etibarən təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı "Bahar” QTM-dən dayandırılacaq. 


Bu barədə Qaynarinfo-ya "Azəriqaz” İB-dən bildirilib.


Məlumata görə, işlər başa çatanadək Suraxanı rayonu, Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Təmir- bərpa işləri eyni zamanda Binəqədi rayonu 7-ci Mikrorayon Abay Kunanbayev küçəsində və Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində də görüləcək. Bu baxımdan 24.07.2024-cü il saat 10:00-dan etibarən Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrinin və Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->