Xəbər lenti

Sabah bu rayonda qaz olmayacaq
Ekonomiks 21:41 07.08.2024

Sabah bu rayonda qaz olmayacaq

Astara rayonunun 3 yaşayış məntəqəsində təbii qazın verilişi dayandırılacaq.


Qaynarinfo xəbər verir ki, rayon ərazisində 2024-2025-ci illərin Payız-qış tədbirlər planına əsasən Maşxan kəndində diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin üzərində olan nasaz siyirtmənin yenisi ilə əvəz olunması ücün "Şahağacı” QPS-dən qidalanan Təngərüd, Maşxan kəndləri və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla 1700 abonentin qaz təchizatının sabah saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.


Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->