Xəbər lenti

Ekonomiks 17:55 16.10.2023

"Sabah"la sabiq futbolçusu arasında məhkəmə çəkişməsi - Pulunu ala bilmir

"Sabah" futbol klubu ilə keçmiş oyunçusu Elşən Abdullayev arasında məhkəmə çəkişməsi davam edir.

Qaynarinfo xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. 

Elşən Abdullayev bu ilin avqsutundə Bakı Kommersiya Məhkəməsində klub barəsində iddia qaldırmışdı. Birinci instansiya məhkəməsinin qərarı futbolçunu qane etmədiyindən o, apellyasiya şikayəti verib. Elşən Abdullayevin şikayətinə Bakı Apellyasiya Məhkəməsində Aida Hüseynin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

Elşən Abdullayevlə klub arasındakı məhkəmə çəkişməsinin səbəbi müqavilə üzrə mübahisələrdən ibarətdir. 

Mediada gedən məlumatlara görə, Elşən Abdullayev "Sabah” futbol klubu ilə müqavilə imzalayıb. Ancaq klub bu müqavilə üzrə futbolçuya borclu qalıb. Bundan sonra futbolçu məhkəməyə müraciət edib. 

Elşən Abdullayev 2018-2021-ci illərdə adı çəkilən klubda oynayıb. O, həmçinin "Sumqayıt", "İravan", "Səbail", "Qarabağ", "Zirə", "Neftçi" klublarında çıxış edib.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->