"Belə
bir məhkəmə prosesindən xəbərim olmayıb”.
BunuQaynarinfo-ya açıqlamasında "Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Təhsil
Nəşriyyat Poliqrafiya" MMC-nin şikayəti əsasında Bakı Şəhəri Nəsimi Rayon
Məhkəməsinin 2(006)-1027/2020-012 nömrəli, 18.03.2020-ci il tarixli qırarından
danışarkən deyib. Direktor xəbərsiz keçirilən məhkəmə iclasının qərarına etiraz
etdiyini qeyd edib:
"Mənim
belə bir məhkəminin keçirilməsindən xəbərim olmayıb. Məhkəmə qararı almamışam,
üstəlik bizim iştirakımız təmin olunmayıb. Ümumiyyətlə, bu proseslə bağlı bizə
məhkəmədən bildiriş də gəlməyib. Nə üzr istəmək? Bizim məhkəmədə iştirakımız təmin
olunmayıbsa, bu işə necə baxılıb? Məhkəmə öncə qarşı tərəfin iştirakını təmin
etməlidir”.
"Bu
nəşriyyatlar ölkə başçısının sərəncamlarından sui-istifadə edib, pirat kitab nəşr
edirlər" başlığı altında dərc olunmuş müsahibəyə gəlincə Şahbaz Xuduoğlu
söhbətin hansı yazıdan getməsindən xəbərsiz olduğunu vurğuladı:
"Yadımda
deyil, bilmirəm söhbət hansı yazıdan gedir. Ola bilər ki, müəyyən kitabların
qanunsuz, qeydə almadan nəşri ilə bağlı olub. İndi də nəşriyyatlarda belə
kitablar var. Əgər məni məhkəməyə dəvət etsəydilər, müqavilələri təqdim edərdim”.
Şahbaz
Xuduoğlu sonda nəinki məhkəmədən, hətta Bakı şəhəri Nəsimi rayon icra və
probasiya şöbəsinin Qaynarinfo-ya ünvanladığı bildirişindən də məlumatsız
olduğunu dedi:
"Bunlar
nəyi icra edəcək? Belə bir sənəddən də xəbərsizəm”.
Qeyd
edək ki, "Təhsil Nəşriyyat Poliqrafiya" MMC Qaynarinfo.az internet saytını və "Qanun” Nəşrlər
Evinin direktoru Şahbaz Xuduoğlunu məhkəməyə verib. Tərəflərdən heç birinin xəbəri olmadan qarşı tərəfin iddiasını təmin
edən Nəsimi rayon Məhkəməsi Şahbaz Xuduoğlu və "Qaynarinfo” saytını 100 manat cərimələyib.
Bundan əlavə, məhkəmə qərarında göstərilib ki, Qaynarinfo.az saytında həmin
müsahibənin verildiyi yerdə və eyni ölçülü şriftlə təkzib verilməklə "Təhsil
Nəşriyyat Poliqrafiya" MMC-dən üzr istəməsi vəzifəsi borclular Qaynarinfo.az
saytına və Xuduoğlu Şahbaz Xudu oğluna həvalə edilməlidir.
Xatırladaq
ki, «Bu nəşriyyatlar ölkə başçısının sərəncamlarından suiistifadə edib, pirat
kitab nəşr edirlər" başlığı altında dərc olunmuş material başqa bir saytda
dərc olunub. Qaynarinfo.az isə həmin yazını istinadla verib.
Bahar Rüstəmli
Şərhlər