SOCAR "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Qaynarinfo xəbər verir ki, SOCAR "Azəriqaz” İB-nin KOBİA ilə birgə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz rayonunda görüşü təşkil olunacaq. Aksiya Qovlar şəhəri, Gənclər Evində baş tutacaq. "Səyyar qəbul otağı” fevral ayının 15-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Şərhlər