Xəbər lenti

Salah Qəzzadan yazdı
İdman 11:54 27.12.2023

Salah Qəzzadan yazdı

"Liverpul"un misirli ulduzu Məhəmməd Salah Qəzza ilə bağlı paylaşım edib.

Qaynarinfo-nun məlumatına görə, İsrailin hücumu altında olan fələstinlilərin unudulmaması lazım olduğunu bildirib. Salah, "X" sosial media hesabında Qəzzada baş verən hücumları xatırladıb.

Milad bayramının ailələrin bir araya gələrək qeyd etdiyi bir vaxt olduğunu deyən məşhur futbolçu mesajını belə paylaşıb: "Bu il Milad bayramına Yaxın Şərqdə davam edən vəhşi müharibə, xüsusilə Qəzzada ölüm və dağıntı ilə böyük bir kədərlə giririk”.

Qəzzada yaxınlarını itirən insanların dərdinə şərik olduğunu vurğulayan Salah, "Xahiş edirəm, onları unutmayın və ağrılarına alışmayın. Milad bayramınız mübarək" dedi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->