Səhiyyənin Təminat Mərkəzi "Labservis LTD” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, şirkət Mərkəzin laboratoriya reaktivləri və digər zəruri ləvazimatların satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 5 128 186,23 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Labservis LTD” MMC 6 aprel 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2400 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 81, mənzil 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi təmsilçisi Şahbazova Roza Qafar qızıdır. O, həm də şirkətin direktorudur.
"Labservis LTD” MMC-nin veb-səhifəsində şirkətin 1991-ci ildə təsis edildiyi bildirilir. "Labservis LTD” MMC səhiyyə sahəsində diaqnostik laboratoriyalarının kompleks təchizatı üzrə ixtisaslaşıb.
Şirkətin qanuni təmsilçisi Roza Şahbazovaya gəlincə, onun haqqında açıq mənbələrdə məlumatlar məhddudur. Araşdırmalarımız zamanı məlum olub ki, o, eyni zamanda "Eurolab” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də tibb sektorunda fəaliyyət göstərir. Bundan başqa, 2021-ci ildə Roza Şahbazova Müdafiə Nazirliyinin Baş Tibb İdarəsi tərəfindən fəxri rəmanla təltif edilib.
"Labservis LTD” MMC dövlət satınalmalarında fəal iştirak edir və əsasən iri məbləğli tenderlərin qalibi olur. Şirkət yazıda qeyd edilən tender də daxil olmaqla 2023-cü ildə 5 satınalma müsabiqəsinin qalibi seçilib.
Seyid
Şərhlər