Xəbər lenti

Səmədov AVRO-2024-ün üçün favoritlərini açıqladı
İdman 23:32 13.06.2024

Səmədov AVRO-2024-ün üçün favoritlərini açıqladı

Azərbaycanəsilli futbolçu, Rusiya millisinin sabiq üzvü Aleksandr Səmədov 2024-cü il Avropa çempionatından gözləntilərini bölüşüb. 

Qaynarinfo "Championat"a istinadən xəbər verir ki, o, favoritlər sırasında Fransa və İngiltərə millilərinin adını çəkib.

"Əlbəttə, Avropa çempionatını izləməyi planlaşdırıram. Yaxşı futbol gözləyirəm. Favoritlərdən danışsaq, Fransa və İngiltərənin adını çəkərdim. Amma hər kəsdən sürpriz gözləmək olar. Avropa çempionatında istənilən komanda sürpriz edə bilər", deyə Səmədov bildirib.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İlk oyunda Almaniya millisi sabah, iyunun 14-də Şotlandiya millisi ilə qarşılaşacaq. Komandalar Münhendəki (Almaniya) "Allianz Arena”da qarşılaşacaqlar. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->