Xəbər lenti

Şəmkirdə gənc qadın itkin düşdü (FOTO)
Ölkə 14:23 09.01.2022

Şəmkirdə gənc qadın itkin düşdü (FOTO)

Şəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Gülbəsti Qurbanova dekabr ayının 31-də gecə saatlarıda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

G. Qurbanovanın əlamətləri belədir: boyu 160 sm, dolu bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy köynək, qara rəngli cins şalvar və qara rəngli gödəkcə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 751-71-98 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->