Xəbər lenti

Dünya 12:58 14.02.2023

Seyran Ohanyan Milli Təhlükəsizlik Xidmətində dindirildi, öhdəlik götürdü

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki "Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan Milli Təhlükəsizlik Xidmətinə dindirilmək üçün çağırılıb. Ondan ölkəni tərk etməməmk barədə yazılı öhdəlik götürülüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Joqovurd” qəzeti yazır.

Qeyd olunur ki, Ohanyan cümə günü, fevralın 10-da başlanmış cinayət işi çərçivəsində Milli Təhlükəsizlik Xidmətinə dindirilmək üçün çağırılıb. Sabiq nazir ittihamı qəbul etmədiyini bildirərək yazılı ifadə verməyib. Bu məlumatı qəzetə sabiq nazirin özü də təsdiqləyib.

Bundan əvvəl baş prokuror Anna Vardapetyanın vəsatəti əsasında parlament Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum edib.

Xatırladaq ki, Baş Prokurorluğun hazırladığı işin materiallarına görə, Ohanyanın göstərişi ilə iki hərbi hissənin əraziləri və binaları bazar qiymətlərindən xeyli aşağı qiymətə satılıb. Torpaqlardan birinin real alıcısı bu bölmələrdən birinin komandiri Qriqori Xaçaturov olub, lakin formal olaraq ərazi onunla bağlı olan Edqar Arşakyanın adına yazılıb. Xaçaturovun real alıcı olmasını onun sonradan bu obyekti iki dəfə banka girov qoyması sübut edir. Əsl alıcı Müdafiə Nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi şöbəsinin keçmiş rəisi Armen Akopyan olub. 
Eyni zamanda, iş çərçivəsində Müdafiə Nazirliyindən Silahlı Qüvvələrin bu obyektlərə ehtiyacının qalmaması ilə bağlı heç bir əsaslandırma təqdim olunmayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->