Xəbər lenti

İdman 13:18 28.12.2023

Silva çıxış etmək arzusunda olduğu klubun adını açıqladı

"Mançester Siti"nin portuqaliyalı ulduzu Bernardo Silva hansı kluba gedəcəyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, futbolçu "Benfika"ya qayıtmaq istədiyini, ancaq bunun üçün hazırkı klubu ilə müqaviləsi bitənə qədər gözləməli olduğunu bildirib. Çünki hazırda dəyəri xeyli yüksək olan futbolçunu transfer etmək üçün "Benfika"nın büdcəsi yetərli deyil. Portuqaliya təmsilçisinin hazırkı transfer rekordunun 44 milyon avro ilə Enzo Fernandes olduğunu deyən Silva bunun onlara çox baha başa gələcəyini vurğulayıb. 

O, "A Bola"ya açıqlamasında, "Bir gün qayıtmaq istədiyimi heç vaxt gizlətməmişəm. "Biz nəyin mümkün olduğunu zamanla görəcəyik və bu barədə həmişə danışmağa dəyməz, çünki insanlar yorulur. İndi mənim hörmət edilməli olan müqaviləm var. Maliyyə baxımından Portuqaliya futbolu elə bir vəziyyətdədir ki, Almaniyada ingilis, ispan və hətta fransız komandaları ilə rəqabət apara bilmir. Transfer qiyməti 50 milyon avro civarında olan futbolçunu Portuqaliya klubunun alması mümkün deyil. İnsanlar bir az realist olmalıdırlar".

Portuqaliyalı ulduz 2002-ci ilə səkkiz yaşında ikə "Benfika"ya qoşulub və burada peşəkarlaşıb. Ancaq yetirməsi olduğu klubda cəmi bir rəsmi matçda iştirak etmək imkanı tapıb. 2014-cü ildə Fransa klubu "Monako"ya keçən Silva 2017-ci ildə sıralarına qoşulduğu "Mançester Siti"də indiyə qədər 328 oyunda meydana çıxıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->