Xəbər lenti

Slovakiya Ukraynaya 10 ədəd MiQ-29 verə bilər
Dünya 09:31 02.03.2023

Slovakiya Ukraynaya 10 ədəd MiQ-29 verə bilər

Qərb ölkələrindən qırıcı təyyarələrlə bağlı yeni çağırışlar fonunda Slovakiya Ukraynaya ötən il istifadədən çıxarılmış 11 ədəd sovet istehsalı olan MiQ-29 təyyarəsindən 10-nu verməyi düşünür.

Qaynarinfo xəbər verir ki, bu barədə AP-yə müsahibəsində Slovakiyanın Müdafiə naziri Yaroslav Nad bildirib.

"Biz daha heç vaxt MiQ-lərdən istifadə etməyəcəyik. Onların bizim üçün heç bir real dəyəri yoxdur. Əgər onları Ukraynaya versək, öz həyatlarını xilas etməyə kömək edə bilərlər", - o izah edib.

Nadın sözlərinə görə, sonuncu, 11-ci sovet qırıcısının Slovakiya muzeyinə təhvil verilməsi planlaşdırılır.

AP qeyd edir ki, Ukraynaya MiQ-29-un verilməsi ilə bağlı yekun qərarın bir neçə gün və ya həftə ərzində veriləcəyi gözlənilir. Bu halda Slovakiya Kiyevə döyüş təyyarələrini təhvil verən ilk NATO üzvü olacaq.

Xatırladaq ki, fevralda Brüsseldə keçirilən sammitdə Ukrayna prezidenti Volodimir Zelenski şəxsən Slovakiyanın Baş naziri vəzifəsini icra edən Eduard Qeqerə MiQ-29 qırıcılarının tədarükü xahişi ilə müraciət edib. O, bu xahişi təmin etmək üçün əlindən gələni edəcəyinə söz verib.

Bundan sonra Slovakiya parlamentinin spikeri Boris Kollar bildirib ki, MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsi məsələsində ilk növbədə müvəqqəti hökumətin buna legitimliyi olub-olmadığına qərar verilməlidir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->