Xəbər lenti

SOCAR
Ekonomiks 11:04 01.10.2022

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir

Növbəti həftə (03-06.10.2022  tarixləri) daha 4 rayonda "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı ), 2-ci günü saat 14:00-dan 15:00-dək Bərdə rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Yevlax rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Ağdam rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı) baş tutacaq.
 
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->