Xəbər lenti

Spiker:
Dünya 19:06 03.12.2023

Spiker: "Ağ Ev Baydenin mümkün cinayətlərinin araşdırılmasına mane olur"

Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Ağ Ev ABŞ prezidenti Co Baydenin mümkün cinayətlərinin araşdırılmasına mane olur. 

Qaynarinfo xəbər verir ki, siyasətçi bu barədə "Fox News"da danışıb.

Onun sözlərinə görə, Konqresin Məhkəmə-Hüquq, Gəlir və Xərclər, Nəzarət və Hesabat komitələri araşdırma ilə bağlı çox iş görüb, lakin indi prezident administrasiyası onun davam etdirilməsinə mane olur.

"İndi bizə Ağ Ev ən azı iki və ya üç şahidin, Ağ Evin keçmiş müşaviri, Milli Arxivlər və Qeydlər Administrasiyasının nümayəndəsinin danışmasına mane olur. Ağ Evdə minlərlə səhifə dəlil var", deyə Conson bildirib.

Spikerin sözlərinə görə, istintaqın irəliləməsi üçün Baydenin impiçmenti üzrə məhkəmə prosesi ilə bağlı rəsmi səsverməyə başlamaq lazımdır.

Sözügedən istintaq Baydenin bütün dünyada siyasətçinin adından alver etdiyi iddia edilən ailə üzvlərinin biznes əməliyyatlarında iştirakını sübut etmək məqsədi daşıyır. Xüsusilə Nümayəndələr Palatasının əvvəlki spikeri respublikaçı Kevin Makkarti prezidentin oğlu Hunterin xarici biznes əməliyyatlarından qazanc əldə etdiyini iddia edib. Hələlik Respublikaçılar bunun birbaşa sübutunu açıqlamayıblar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->