Xəbər lenti

Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
Ekonomiks 14:44 10.02.2026

Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Qaynarinfo Dövlət Statistika Komitəsinin yeni sədrinin dosyesini təqdim edir:

Azər Mursaqulov 1981-ci ildə anadan olub. O, 2003-cü ildə Türkiyənin Boğaziçi Univesitetindən məzun olub. ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2010-2012-ci illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun baş qərargahında fondun icraçı direktorunun müşaviri işləyib.

2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2019-cu ildən indiyə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini icra edib.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvüdür.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin əvvəlki sədri Tahir Budaqov olub. O, dövlət başçısının Sərəncamı ilə Nəsimi rayonunun icra başçısı təyin edilib.

--> -->