Xəbər lenti

Sumqayıt Tibb Mərkəzi ilə keçmiş işçisi arasında məhkəmə çəkişməsi
Ölkə 17:30 28.11.2023

Sumqayıt Tibb Mərkəzi ilə keçmiş işçisi arasında məhkəmə çəkişməsi

Sumqayıt Tibb Mərkəzinin keçmiş işçisi Səyahət Namazova qurumu məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, Səyahət Namazovanın iddiasına Sumqayıt Şəhər Məhkəməsində baxılacaq. 

İş hakim Aynur Behbudovanın icraatındadır. Səyahət Namazovanın iddia tələbi işə bərpa, əmək haqqı və mənəvi zərərin ödənilməsidir. 

Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxovadır. Media onunla bağlı tənqidi materiallarla zəngindir. 

Səyahət Namazovanın işdən çıxarılması da Səkinə Sadıxovanın idarəçiliyi ilə izah edilir. Səyahət Namazovanın iddiasında mənəvi zərər tələbi isə onun şərlənərək işdən çıxarılması ilə əlaqədardır.

İddia olunur ki, anbardar işləyən Səyahət Namazova Sumqayıtın səhiyyə sahəsində Səkinə Sadıxovaya yaxın adamlar tərəfindən şərlənib və bundan sonra işdən çıxarılıb. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->