Xəbər lenti

Sumqayıtda ananın imtina etdiyi körpənin ölüm səbəbi açıqlandı (YENİLƏNİB)
Ölkə 19:17 25.11.2023

Sumqayıtda ananın imtina etdiyi körpənin ölüm səbəbi açıqlandı (YENİLƏNİB)

Bu il aprelin 20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib.

TƏBİB-dən Qaynarinfo-ya bildirilib ki, körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb.

Körpənin valideyni (anası) 27.04.2023-cü il tarixində ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib.

Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı 16.06.2023-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb.

Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib.

Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq azyaşlı 24.11.2023-cü ildə saat 00:40 radələrində dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib.

Qeyd edək ki, körpənin Uşaq Evinə yerləşdirilməsinə isə onun xəstəliyi ilə əlaqədar imtina cavabı verilmişdir.

Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib.

17.47

Bu il aprelin 20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib. Körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb.

Bu barədə Qaynarinfo-ya Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Bildirilib ki, körpənin valideyni (anası) aprelin 27-də ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib.

Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı iyunun 16-da Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb.

Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib.

Uşaq Evinə yerləşdirilməsinə isə körpənin xəstəliyi ilə əlaqədar imtina cavabı verilib.

Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq azyaşlı noyabrın 24-də saat 00:40 radələrində dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib.

Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib.
 
15.25
 
Sumqayıtda doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb.

Qaynarinfo xəbər verir ki, 7ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova öz körpəsinindən imtina edib. Yeni doğulmuş oğlan uşağı doğum evindən uşaq xəstəxanasına köçürülüb. Yeddi aydan sonra, bu gün körpə xəstəxanada ölüb.

Məlumata görə xəstəxana körpənin meyitini təhvil verə bilmək üçün ailəni tapa bilmir.

Fakt araşdırılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->