XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sumqayıtda məktəbdə pul yığılması ilə bağlı fakt təsdiqini tapdı
Ölkə07:54 22.07.2022

Sumqayıtda məktəbdə pul yığılması ilə bağlı fakt təsdiqini tapdı

Abşeron-Xızı Regional Təhsil İdarəsinə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı məlumat daxil olub.
İdarədən Qaynarinfo-ya verilən xəbərə görə, səs yazısındakı iddialarla bağlı dərhal Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb.
Araşdırma nəticəsində fakt öz təsdiqini tapıb. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən müvafiq şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.
Qeyd edək ki, səs yazısında attestat və digər işlərlə bağlı valideyndən pul tələb olunurdu.