“Taliban” Cəlilabad şəhərini ələ keçirdi

“Taliban” Cəlilabad şəhərini ələ keçirdi

"Taliban” qruplaşması Əfqanıstanın daha bir böyük şəhəri Cəlilabadı ələ keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Nanqarhar əyalətinin deputatı Abrarulla Murad bildirib.

Qeyd edilir ki, Cəlilabad paytaxt Kabillə yanaşı, hakimiyyət orqanlarının əlində olan iki böyük şəhərdən biri idi. Məlumata görə, "taliblər" şəhəri döyüşsüz ələ keçiriblər.

Yeri gəlmişkən, sosial şəbəkələrdə radikal silahlıların Kabilə hücumları barədə foto və videogörüntülər yayılıb. Lakin bununla bağlı məlumatlar hələlik təsdiqini tapmayıb.
XƏBƏRLƏR
BLOGLAR
X