XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər (FOTO)
Ölkə12:45 14.08.2022

“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər (FOTO)

"Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərinin Alabino poliqonunda keçirilən "Tank biatlonu” müsabiqəsində iştirakçı ölkələrin nümayəndələri texniki hazırlıq üzrə normativləri yerinə yetiriblər.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən bildirilib.
Müsabiqədə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər.
Qeyd edək ki, "Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının 27-dək davam edəcək.