Ölkə 16:10 23.11.2023

TƏBİB sədri iki xəstəxanaya direktor təyin etdi (YENİLƏNİB/FOTO)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Qusar və Zərdab rayon mərkəzi xəstəxanalarına yeni direktorlar təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasında Pərviz Məhsimov, Zərdab Rayon Mərkəzi Xəstəxanasında isə Emil Kamilov direktor vəzifəsini icra edəcəklər.

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərviz Məhsimov ixtisasca cərrahdır. O, bu təyinatadək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri olub.

Tibb üzrə fəlsəfə doktoru olan Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Kamilov ixtisasca cərrahdır. O, bundan əvvəl Zərdab Gigiyena-Epidemioloji Mərkəzinin direktoru vəzifəsində çalışıb.

11.28
 
Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.

"Report"un Şimal bürosunun məlumatına görə, bu vəzifəni Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının keyfiyyətə nəzarət sektorunun müdiri Pərviz Məhsimov icra edəcək.

Bu barədə TƏBİB-in İcraçı direktorui Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev bu il avqust ayının 31-də ürəktutmasından vəfat edib.