Xəbər lenti

Dünya 14:17 24.08.2023

Tehranda Urmiya gölünün qurudulmasına qarşı etiraz aksiyası keçirilib (FOTO)

Tehranın qərbində türklərin yaşadığı bölgədə milli fəallar Urmiya gölünün qəsdən qurudulmasına etiraz olaraq divarlara şüarlar yazıblar.

Bu barədə "Azad İran" teleqram kanalı məlumat verib.

Məlumata görə, şüarlarda və qraffitilərdə "Urmiya gölü son nəfəsini verir”, "Urmiya gölü can verir”, "Urmiya gölünü xilas edin!”, "Urmiya gölünün quruması Azərbaycanın məhvinə bərabərdir!” kimi fikirlər yazılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->