Xəbər lenti

Ölkə 13:42 31.08.2023

Təhsil eksperti valideynləri ittiham etdi: ”Diqqətli və məsuliyyətli deyillər”

"Bakıda valideynlər əsasən uşaqlarını yaşadıqları ərazidən uzaqda yerləşən məktəblərdə qeydiyyatadan keçirməyə çalışırlar. Odur ki, həmin məktəbin ərazisində olan uşaqlar qeydiyyata düşə bilmirlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert bu məsələdə bir başa valideynləri ittiham edib: 

"Belə halların yaşanmaması üçün valideynlər diqqətli və məsuliyyətli olmalıdır. Bu problemin çıxış yolu əhalinin daha çox sıxlığının müşahidə oldunduğu ərazilərdə yeni təhsil müəssisələrinin tikilib istifadəyə verilməsidir”. 
 


Ekspert ötən ildə bu problemin yaşandığını qeyd edib:

"Sənədlərin qaydasında olmaması səbəbindən ötən il şagirdlərin əksəriyyətinin məktəbə getməsində problem yaratdı. Şagirdlərin bəziləri qeydiyyata alınmadı. Bəzi şagirdlər yaşadıqları ərazidən kənarda qeydiyyatdan keçməyə çalışıdılar. Bununla bağlı bu gün də problemlər yaranıb. Bu məsələdə bir başa valideynlərə üz tuturam. Onlar konkret olaraq övladlarını ilk növbədə yaşadıqları ərazi üzrə qeydiyyatdan keçirməyə çalışsınlar. Çünki Elm və Təhsil Nazirliyi tələb edir ki, şagirdlərin fərqli ərazidən məktəbə getməsi müvafiq parametrlərə cavab vermirsə, o zaman həmin şagird yaşadığı ərazi üzrə qeydiyyatdan keçməlidir. Yəni, valideynlər daha çox buna üstünlük verməlidirlər. Valideynlər uşaqları yaşadıqları ərazidən kənar məktəbə qeydiyyata salmaqla həmin ərazidən qeydiyyatda olan uşaqların yaşadığı ərazi üzrə məktəbə getməsinə problem yaradırlar”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?