Ekonomiks 17:11 04.07.2022

Təhsil Nazirliyi 10 min manat borcu olan MMC-yə tender verdi

Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi "Edumedia Azərbaycan” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 1 292 251.98 AZN olan müqavilədə elektron resursların və elektron dərsliklərin satın alınması nəzərdə tutulur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Edumedia Azərbaycan” MMC 13 yanvar 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 60 AZN olan MMC-nin qanuni təmsilçisi Yusifli Dilarə Midhəd qızıdır. 
 
Araşdırmalarımız zamanı bəlli olub ki, MMC-nin 10 563.31 AZ vergi borcu var. "Dövlət Satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakını qadağan edir. 

Seyid