Xəbər lenti

Təkcə əyləncə deyil: Alimlər xarici səyahətin gözlənilməz faydasını açıqladı
Dünya 20:45 17.09.2024

Təkcə əyləncə deyil: Alimlər xarici səyahətin gözlənilməz faydasını açıqladı

Xarici səyahətlər hər il daha çox populyarlıq qazanır. Bu, sadə istirahət və yeni yerlərlə tanış olmaqdan əlavə, sağlamlığa da müsbət təsir göstərir.

Qaynarinfo-nun "Associated Press"ə istinadən məlumatına görə, Pertdəki (Qərbi Avstraliya) Edit Kovwan Universitetinin alimləri müəyyən ediblər ki, xaricə səfərlər insanların daha gənc görünməsinə kömək edir. 

"Qocalma bir proses olaraq geri dönülməzdir. Onu dayandırmaq mümkün olmasa da, yavaşlatmaq olar", deyə tədqiqatçı Fanqli Hu nəşrə bildirib.

Tədqiqatçılar deyirlər ki, yeni mədəniyyətlər, dillər və ətraf mühitlə tanışlıq stresə reaksiyanı stimullaşdıra, immunitet sistemini gücləndirə və maddələr mübadiləsi sürətini artıra bilər.

"Sadə dillə desək, özünümüdafiə sistemi daha möhkəm olur. Toxumaların təmirini və bərpasını təşviq edən hormonlar buraxıla və özünü sağaltma sisteminin fəaliyyətinə kömək edə bilər", deyə Fanqli Hu izah edib.

Tədqiqatçının fikrincə, turist səfərləri əslində sağlam həyat tərzinin bir hissəsidir, çünki onlar potensial olaraq fiziki və psixi sağlamlığı inkişaf etdirə, orqanizmin qocalmasını ləngidə bilər. Adi rutinlərdən uzaq olanda insanlar daha aktiv, macəraçı və interaktiv olurlar.

"Səyahət özünüzü yeni mühitlərə - xüsusilə meşələr və çimərliklər kimi müalicəvi landşaftlara - qərq etməyə imkan verir və bunlar stressi azaltmağa və insanların zehni rifahını yaxşılaşdırmağa kömək edə bilər. Səyahət gəzinti, velosiped sürmə kimi fiziki fəaliyyəti təşviq edə bilər - bir çox fəaliyyət ürək-damar sağlamlığını, maddələr mübadiləsini, əzələ tonusunu və bədən funksiyasının bir çox digər aspektlərini yaxşılaşdırır", deyə xanım Fanqli Hu bildirib.

Eyni zamanda səyahətin psixoloji tərəfi də önəmlidir. Səyahət zamanı insanlar maraqlı yad insanlarla - digər turistlər, yerli sakinlər və ya hətta heyvanlarla daha fəal ünsiyyət qururlar. Və bu, əhval-ruhiyyəni yaxşılaşdıra, təklik hisslərini azalda və idrak funksiyalarını yaxşılaşdıra bilər.

Əlbəttə ki, səyahətlə bağlı hər şey əyləncəli və ya rahatlatıcı deyil. İtirilmiş pasport, oğurlanmış telefon və ya gecikmiş uçuş sağlamlığınıza fayda verməyəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->