XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Terror səbəbindən yarımçıq qalan oyunla bağlı qərar verildi
İdman15:02 19.10.2023

Terror səbəbindən yarımçıq qalan oyunla bağlı qərar verildi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) terror aktı səbəbindən yarımçıq qalmış AVRO-2024-ün seçmə mərhələsinin Belçika - İsveç matçının tamamlanmaması barədə qərar qəbul edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat yerləşdirilib.
Brüsseldə matçın keçirildiyi stadionun yaxınlığında atışma nəticəsində iki isveçli azarkeş həlak olub. Oyunun ilk hissə 1:1 yekunlaşıb, fasilədən sonra komandalar meydana çıxmayıb. Oyunun nəticəsi heç-heçə kimi qəbul ediləcək. 
UEFA İcraiyyə Komitəsi həmçinin İsraildə keçiriləcək bütün oyunları növbəti xəbərdarlığa qədər ləğv edib.
"İsraildə mövcud təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra UEFA-nın İcraiyyə Komitəsi UEFA turnirlərindəki matçların növbəti bildiriş gələnədək İsraildə keçirilməyəcəyinə qərar verib”, deyə bəyanatda bildirilir.
UEFA "Makkabi Hayfa" və "Makkabi Tel-Əviv" klublarına avrokuboklarda - Avropa Liqasında və Konfrans Liqasında ev oyunlarını keçirmək üçün ölkə xaricində alternativ stadionlar təklif edib.
Nizami Bağırov