Ölkə 12:41 01.10.2022

Tərtərdə iki nəfər minaya düşdü

Tərtər rayonunun Qızıloba kəndində iki nəfər minaya düşüb.

Qaynarinfo xəbər verir ki, rayonun Səhləbad kənd sakinləri - 1976-cı il təvəllüdlü Bayramov Rafael Köçəri oğlu və 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu mina partlaması nəticəsində yaralanıb.

Kənd icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, minaya düşən hər iki şəxs ağır dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd olunub ki, hazırda yaralıların vəziyyətləri ağır olaraq qalır.