Xəbər lenti

Texnologiya 12:37 31.01.2024

"TikTok" üfüqi formata keçir (FOTO)

"TikTok" ilk olaraq qısa, şaquli videoların paylaşılması üçün platforma kimi tanınır, lakin bu format dəyişikliyə məruz qalır. Platforma istifadəçilərə üfüqi formatda uzun videolar çəkməyi tövsiyə etməyə başlayıb.

Qaynarinfo "The Verge”ə istinadən xəbər verir ki, bir neçə istifadəçi sosial şəbəkənin onlara göndərdiyi mesajların skrinşotlarını dərc edib. Mesajda albom oriyentasiyasında (üfüqi) çəkilmiş 1 dəqiqədən uzun videonun paylaşılması təklifi edilib.

"Daha çox baxış əldə etmək üçün 1 dəqiqədən uzun videoları albom oriyentasiyasında yerləşdirin. Artan baxışların sayı video keyfiyyəti və abunəçilərin sayı kimi bir çox amillərdən asılı olaraq dəyişə bilər. Eninin hündürlükdən böyük və 1 dəqiqədən uzun olduğu albom oriyentasiyasında videolar daha çox baxış əldə edə bilən yeganə videolardır. …Tələblərə cavab verən videolar dərc edildikdən sonra 72 saat ərzində daha çox baxış sayı əldə edəcək”, - mesajda deyilir.

"TikTok" üfüqi videolara keçidi rəsmi olaraq elan etməyib və ya istifadəçilərin bildirdiyi dəyişiklikləri şərh etməyib. Bu, "TikTok"-un YouTube-a bənzər məzmunu platformada yerləşdirməyə təşviq etdiyi ilk hal deyil. 

Bundan əlavə, "TikTok" "YouTube"-un təklif etdiyi çox saatlıq limitlərə yaxınlaşaraq videoların uzunluğunu ardıcıl olaraq artırır. Bildirilir ki, "TikTok"-un yeni limiti sınaqdan keçirməyə başlayıb - istifadəçilər 30 dəqiqəyə qədər olan videoları yükləyə bilirlər. 
 
Nizami Bağırov
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->