Astronomlar
Titan atmosferində heç bir planetdə olmayan çox nadir karbon və hidrogen
atomunun - siklopropeniliden molekulunu kəşf ediblər.
Qaynarinfo xəbər verir ki, bu haqda "Astronomical Journal”ın bir araşdırmasında deyilir. Saturnun
bu nəhəng peyki Yer istisna olmaqla səthində maye olan yeganə göy cismidir.
Titanın dənizləri və gölləri maye karbohidrogenlərdən ibarətdir. Alimlərin
fikrincə, orada həyat mövcud ola bilər.
Titan
atmosferində üzvi molekulları axtarmaq üçün Goddard adına NASA Kosmik Uçuş Mərkəzindən
Konor Niksonun rəhbərlik etdiyi astronomlar Çili Atakama Səhrasında ALMA radio
teleskopundan istifadə edib. Alimlər incəldilmiş üst təbəqələrdə
siklopropeniliden aşkar ediblər.
Onların
sözlərinə görə, bu, Yer kürəsində laboratoriya şəraitində əldə edilən son dərəcə
nadir molekuldur. Atmosferdə uzun müddət mövcud ola bilməyəcəyi qeyd olunur,
çünki digər molekullarla asanlıqla reaksiyaya girir və daha mürəkkəb birləşmələr
əmələ gətirir. Ona bu zamana qədər Günəş sisteminin heç bir yerində rast gəlinməyib.
"Siklopropenilidenin
tsiklik təbiəti bioloji cəhətdən əhəmiyyətli molekulların yaranmasına imkan verən
əlavə bir kimya sahəsi açır", - alimlər izah edib.
Niksonun
dediyi kimi, Titan günəş sistemində misilsizdir, çünki "yeni molekulların xəzinəsi”
olduğunu sübut edib. Elm adamları Saturnun bu peykini əsl bir laboratoriya kimi
qəbul etdiklərini söyləyib: "Burada həyat yarandığı vaxt qədim Yerdə gedən
proseslərə bənzər bir proses görə bilərsiniz".
Alpər
Şərhlər