Xəbər lenti

İdman 21:58 14.07.2026

"Sabah" Uelsdə qalib gəlir (YENİLƏNİR)

Bu gün Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə (Uels) cavab oyununa çıxacaq.

Qaynarinfo xəbər verir ki, İngiltərədəki "Park Hall Stadium"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Bu komandaların bir həftə əvvəl Bakıda oynanılan görüşündə "Sabah" 2:0 hesablı qələbə qazanmışdı.

"Sabah" - TNS cütünün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə yoluna Konfrans Liasının 2-ci təsnifat mərhələsində davam edəcək və "Flora” (Estoniya) – "İberia 1999” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

14 iyul
21.00 TNS (Uels) - Sabah (Azərbaycan) 0:1
Qol: Coy Lens Mikels, 28.
TNS: 1. Natan Şepperd, 14. Daniel Villiams, 16. Dinel Simo, 6. Cek Bodenham, 10. Daniel Redmond (k), 21. Leo Smit, 4. Dominik Korness, 15. Eoin Farrell, 8. Rayan Brobbel, 20. Ris Hyuz, 17. Cordan Villiams.
Ehtiyat oyunçular: 44. Corc Jenniks, 7. Daniel Barton, 12. Harvi Dodsmark-Ford, 19. Ben Klark, 22. Daniel Devis, 23. Zah Nolan, 24. Cek Nadin, 26. Luis Filips, 27. Cek Kanavan, 31. Ben Voollam, 34. Coşua Lok, 37, İsak Ceffris.
Baş məşqçi: Kreyq Harrison
Sabah: 92. Stas Pakatilov (k), 27. Timateuş Puxaç, 5. Rəhman Daşdəmirov, 33. Erivaldo Almeyda, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 19. Aron Maluda, 21. Velka Simiç, 20. Coy Lens Mikels.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 11. Kahim Parris, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşab, 34. Xander Severina, 88. Rodriqo Fernandeş, 89. Cəfər Muxtarov, 99. Orfe Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
Hakimlər: Mateu Buskets Ferrer, İniqo Prieto, Qonzalo Qarsiya, Migel Anhel Ortiz (İspaniya).
Osvestri. "Park Hall".

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->