Polşanın Baş naziri Donald Tusk ölkədə anti-Ukrayna əhvali-ruhiyyəsini qızışdırmağa çalışan şəxsləri xalq düşməni adlandırıb.
Qayanrinfo xəbər verir ki, bu barədə o, "RMF24" radiosunun efirində danışıb.
Tusk bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Ukraynaya təcili yardım göstərilməsi qərarını tam dəstəkləyir və Polşada anti-Ukrayna əhvali-ruhiyyəsinin yayılmasını pisləyir.
"Anti-Ukrayna əhvali-ruhiyyəsini qızışdırmaq cəhdləri zərərli siyasətdir. Əgər kimsə belə qeyri-sabit əhvali-ruhiyyədən, o cümlədən antiukrayna hisslərindən siyasi məqsədlər üçün istifadə etmək istəyirsə, mənim üçün o, xalq düşmənidir", deyə baş nazir bildirib.
O, həmçinin Polşada avtobusda yeniyetmə qıza qarşı təhqiramiz davranışı baş verməməli olan iyrənc hadisə adlandırıb.
Donald Tusk qeyd edib ki, payızda Polşada "istəklilər koalisiyası" ölkələrinin birgə hərbi təlimləri keçiriləcək. Təlimlərdə Fransa və Böyük Britaniya hərbçiləri də iştirak edəcək və məqsəd regionda, eləcə də Ukraynada təhlükəsizliyin təmin olunmasına hazırlıq olacaq.
Baş nazir əlavə edib ki, hazırda Polşa Ukraynaya yeni hərbi texnika göndərməyi planlaşdırmır. Bununla yanaşı, Varşavanın Kiyevə digər istiqamətlər üzrə dəstəyini davam etdirəcəyini vurğulayıb.
Xatırladaq ki, may ayında Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin bölmələrindən birinə UPA (Ukrayna Üsyançı Ordusu) xadimlərinin adını verib. Bundan sonra Polşa Prezidenti Karol Navrotski Zelenskini Polşanın ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edib.
İyul ayında isə Polşanın ən böyük müxalifət partiyası olan "Hüquq və Ədalət" Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı qətnamə layihəsini parlamentin aşağı palatasının müzakirəsinə çıxarmaq qərarına gəlib. Partiyanın sədr müavini Tobiyaş Boxenski bildirib ki, Varşava Ukrayna ilə münasibətlərdə fərqli siyasət yürütməli və öz gücünü göstərməlidir.
Aydın
Şərhlər