Xəbər lenti

Britaniya hökuməti pandemiya dövründə büdcədən 13 milyard dollar israf edib
Dünya 19:00 14.07.2026

Britaniya hökuməti pandemiya dövründə büdcədən 13 milyard dollar israf edib

Böyük Britaniya hökuməti COVID-19 pandemiyası ilə mübarizə zamanı vergi ödəyicilərinin təxminən 13 milyard ABŞ dolları həcmində vəsaitini yararsız və ya istifadə olunmayan avadanlıqlara xərcləyib. Bu nəticə hökumətin pandemiya dövründəki fəaliyyətini araşdıran komissiyanın hesabatında yer alıb. 

Qayanrinfo xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Hesabata əsasən, 2020-ci ilin yanvarından 2022-ci ilin iyununa qədər hökumət fərdi mühafizə vasitələri, testlər və süni tənəffüs aparatlarının alınmasına ümumilikdə 54,6 milyard dollardan çox vəsait sərf edib.

Bu məbləğin təxminən 13 milyard dolları istifadəyə yararsız və ya istifadə müddəti bitmiş avadanlıqlara xərclənib.

Bundan əlavə, 204 milyon dollar dəyərində avadanlıq ümumiyyətlə istifadə olunmayıb, 186 milyon dollar isə istehsala buraxılmayan süni tənəffüs aparatlarının hazırlanmasına sərf edilib.

Hesabatda qeyd olunur ki, pandemiyanın başlanğıcında ölkədə qoruyucu maskalar, tibbi xalatlar və əlcəklər kifayət qədər olmayıb. Eyni zamanda, Böyük Britaniya bu məhsulların qlobal bazarda tədarükü uğrunda rəqabətə də hazır olmayıb.

Araşdırma komissiyasının sədri bildirib ki, hökumət siyasi əlaqələri olan təchizatçılara üstünlük verən xüsusi "VIP xətti" yaradıb. Onun sözlərinə görə, bu sistem fövqəladə satınalmalarda ədalətsizliyə səbəb olub və ictimai etimadı sarsıdıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->