Xəbər lenti

Mərkəzi Bankda yeni təyinat (FOTO)
Ekonomiks 17:30 14.07.2026

Mərkəzi Bankda yeni təyinat (FOTO)

Azərbaycan Mərkəzi Bankına (AMB) yeni kadr təyinatı olub.

Qaynarinfo xəbər verir ki, Azər Novruzov Mərkəzi Bankın Strateji və Əməliyyat Risklərinin İdarə Edilməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O iyul ayından etibarən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Azər Novruzov 2024-cü ilin mart ayından Mərkəzi Bankda Strateji və Əməliyyat Riskləri üzrə baş mütəxəssis vəzifəsində çalışırdı. Bundan əvvəl o, 2022-ci ilin oktyabrından 2024-cü ilin martınadək ABB-də komanda rəhbəri, 2017-2022-ci illərdə isə Azərbaycan Beynəlxalq Bankında baş mütəxəssis vəzifəsində işləyib.

Azər Novruzov ümumilikdə bank sektorunda 12 ildən artıq iş təcrübəsinə malikdir.


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->