Xəbər lenti

Tovuz döyüşlərində “Harop” PUA-ları ilə düşmənin mövqeləri dağıdılıb - YENİ GÖRÜNTÜLƏR
Ölkə 13:58 12.07.2023

Tovuz döyüşlərində “Harop” PUA-ları ilə düşmənin mövqeləri dağıdılıb - YENİ GÖRÜNTÜLƏR

Dövlət Sərhəd Xidməti (DSX) Tovuz döyüşlərində düşmənin mövqelərinin məhv edilməsinin yeni görüntülərini yayıb.

Qaynarinfo-nun xəbərinə görə, görüntülərdən məlum olur ki, gecə döyüşü zamanı ermənilərin hərbi hissəsinin qərargahına "Harop” pilotsuz uçuş aparatından dəqiq zərbələr endirilib.

Eyni zamanda düşmənin silah-sursat anbarı "Harop” vasitəsi ilə dağıdılıb.

Gündüz döyüşləri zamanı isə ermənilərin dayaq məntəqəsi və avtomobili "Harop” vasitəsi məhv edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->