Xəbər lenti

Tramp Zelenskini
Dünya 16:30 11.02.2024

Tramp Zelenskini "tarixin ən böyük ticarətçisi" adlandırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini tarixin ən böyük treyderi (öz təşəbbüsü ilə hərəkət edən və ticarət prosesindən birbaşa qazanc əldə etməyə çalışan tacir) adlandırıb. Sabiq prezident Rusiya ilə Ukrayna arasında "sövdələşmə" olacağı təqdirdə ABŞ-ın milyardlarla dollar itirə biləcəyini vurğulayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"O, Ukrayna prezidenti Volodimir Zelenskini "tarixin ən böyük treyderi" adlandırıb və Ukraynanın Rusiya ilə sövdələşməsi halında ABŞ-ın "yüz milyardlarla dollar itirə biləcəyini" bildirib", deyə nəşr qeyd edib.

Bundan əvvəl Zelenski Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Kiyevə yardım xəttinin dəyişməyəcəyinə ümid etdiyini bildirmişdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->