Xəbər lenti

“Turan Tovuz” rəsmisi: “Kəpəz”in Tovuzda oynaması bizə maneçilik yaradacaq”
İdman 18:12 13.10.2023

“Turan Tovuz” rəsmisi: “Kəpəz”in Tovuzda oynaması bizə maneçilik yaradacaq”

"Kəpəz" Gəncədəki stadionun təmirə bağlanması ilə əlaqədar ev oyunlarını "Turan Tovuz”un stadionunda keçirəcək. Bu barədə Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb müsbət cavab alan Gəncə klubunun hansı vaxta qədər Tovuzda oynayacağı məlum deyil. Digər tərəfdən komandanın Tovuza köçməsi "Turan Tovuz”un işlərinə mane ola bilər. Bəs çətinliklər necə yoluna qoyulacaq? İki prinsipial komandanın eyni stadionu bölüşməsi tovuzlular üçün hansı problemləri yarada bilər? 

Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev Qaynarinfo-ya açıqlamasında bunu necə yoluna qoyacaqları haqda sualı cavablandırıb:

"Bütün bunlar PFL-lə razılaşdırılacaq. İstər-istəməz "Kəpəz”in Tovuza köçməsi bizə maneçilik yaradacaq. Qonşu rayondur, Premyer Liqada oynayırlar, onlara dəstək göstərmək lazımdır. AFFA və PFL-lə danışacağıq, oyunları elə bir vaxta təyin etsinlər ki, bir-birinə çətinlik yaratmasın. "Kəpəz” bizim rəhbərliklə danışıqlar aparıb, razılıq əldə olunub. Biz düşmən deyilik (gülür). Aramızdakı yalnız futbol düşmənçiliyidir. Futbol bitəndə dostluq başlayır. İnanmıram çox uzun müddət "Kəpəz” Tovuzda oynasın. Ümid edirəm, yaya qədər stadionları hazır olar”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->