Xəbər lenti

Türkiyə ilə Ermənistan arasında sərhədin açılması ancaq İrəvandan asılıdır - MƏNBƏ
Dünya 11:33 28.09.2023

Türkiyə ilə Ermənistan arasında sərhədin açılması ancaq İrəvandan asılıdır - MƏNBƏ

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən sərhədlərin açılması məsələsi tamamilə rəsmi Yerevanın atacağı addımlardan asılıdır, regionda yeni vəziyyət yaranıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib.

Ermənistan Türkiyəyə üçüncü ölkə vətəndaşlarının keçməsi üçün sərhədin açılmasını təklif edib, Ankara bu təklifin əleyhinə deyil, - cümə günü "Hürriyet" qəzeti mənbələrə istinadən yazıb.

"Görüşlərin keçirildiyi prosesin özünə gəlincə, İrəvanın konstruktiv, səmimi və sülhyönümlü yanaşmasını gördükdən sonra növbəti addımlar barədə danışmaq mümkün olacaq. Anlamaq lazımdır ki, regionda yeni vəziyyət yaranıb, əməkdaşlıq üçün geniş imkanlar var. Belə yanaşma olarsa, düşünürəm ki, sərhəd məsələsinə qədər bu prosesdə konkret irəliləyiş görəcəyik”, - deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. 2022-ci ilin yanvarında Moskvada Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü baş tutub. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı tərəflər dialoqu konstruktiv, siyasiləşdirilməmiş şəkildə aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Vyanada daha bir sıra görüşlər baş tutub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->